Qusarda “Multikultural dəyərlərimizi yaşadaq” adlı tədbir keçirilib

Qusarda “Multikultural dəyərlərimizi yaşadaq” adlı tədbir keçirilib

Qusar rayon Heydər Əliyev Mərkəzində 11 oktyabrda “Multikultural dəyərlərimizi yaşadaq” adlı tədbir keçirilib.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Tədbiri giriş sözü ilə Qusar rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri David İbramxəlilov açıb və “Multikulturalizm ili” çərçivəsində rayonda müxtəlif tədbirlərin həyata keçirildiyi qeyd edib.

Tədbirdən sonra iştirakçılar yerli yazarların əsərlərindən ibarət sərgiyə baxış keçirmiş və Zəminə Bəkərovanın ev-muzeyi eksponatları düzülmüş “Keçmişdən bu günə”adlı guşə ilə tanış olmuşdur.

A.S.

0
14