Baş Assambleya BMT-nin yeni baş katibinin təyinatı məsələsinə baxacaq

Baş Assambleya BMT-nin yeni baş katibinin təyinatı məsələsinə baxacaq

Baş Assambleyanın 71-ci sessiyasının nümayəndələri sabah BMT-nin yeni baş katibinin təyinatı məsələsinə baxacaq.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Ötən həftə Təhlükəsizlik Şurası Assambleyaya 1 yanvar 2017-ci il tarixdən 31 dekabr 2021-ci ilə qədər bu vəzifəyə Portuqaliyadan olan Antoniu Qutyerreşi təyin etməyi məsləhət görüb.

Koreya Respublikasından olan Pan Gi Mun BMT-nin səkkizinci baş katibidir.

BMT-nin Nizamnaməsinə əsasən, baş katib təşkilatın baş inzibati vəzifə sahibidir. O, Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Assambleya tərəfindən təyin edilir.

Xatırladaq ki, A.Qutyerreş 2015-ci ilin iyun-dekabr aylarında BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarı kimi fəaliyyət göstərib.

A.Qutyerreş bu vəzifəyə təyin olunacağı halda, BMT-nin bütün sistemlərinin fəaliyyətində ahəngə nail olmağa, üç əsas sahənin hamısında - sülh, inkişaf və insan hüquqları sahəsində yaranmış problemlərin öhdəsindən gəlməyə yardım edəcək strategiya tapmağa çalışacağına söz verib.

N.O.

0
9