Aygün Kazımovanın borca görə avtomobilini satması xəbəri ilə bağlı açıqlama

Aygün Kazımovanın borca görə avtomobilini satması xəbəri ilə bağlı açıqlama

Bu gün yerli mediada Xalq artisti Aygün Kazımovanın borca görə avtomobilini satması xəbəri yayıldı.

A.Kazımovanın mətbuat katibi İsa Şükürov Oxu.Az-ın əməkdaşı ilə əlaqə saxlayaraq yayılan məlumatın əsassız olduğunu bildirdi.

“Bu, yalan xəbərdir. Ümumiyyətlə, Aygün xanım avtomobilini satması haqqında belə düşünmür. Avtomobil hazırda onun həyətindədir. Her yerə öz avtomobili ilə gedir”, - deyə İ.Şükürov deyib.

Aytən Sadıqzadə

0
4