Beynəlxalq Enerji Agentliyindən neftin qiymətlərinə dair proqnoz

Beynəlxalq Enerji Agentliyindən neftin qiymətlərinə dair proqnoz

“Hələ uzun müddət dünyanın neftə və təbii qaza ehtiyacı olacaq. Çünki Çin, Hindistan, İndoneziya kimi ölkələr inkişaf etdikcə, insanlar avtomobil alacaqlar, ona görə neftə tələbat artacaq”.

Oxu.Az xəbər verir ki, bu sözləri Mərkəzi Parisdə yerləşən Beynəlxalq Enerji Agentliyinin (İEA) icraçı direktoru Fatih Birol APA-ya müsahibəsində deyib.

“Təbii qaz olmadan müasir dünyada sənayenin inkişafını düşünmək mümkün deyil. Bununla birlikdə, dünyada yenilənən enerji, günəş, külək, hidravlik enerjidən istifadə edilməyə başlanıb.

Bundan sonrakı vəziyyət neft və qaz istehsal edən ölkələri daha da önəmli hala gətirəcək. Ancaq mən Türkiyə də daxil olmaqla, enerji idxal edən ölkələrin tək bir mənbəyə bağlı qalmayıb, müxtəlif mənbələrdən neft-qaz almasının tərəfdarıyam.

Neft ölkələri hasilatın məhdudlaşdırılması üçün bəzi müzakirələr aparırlar. Müzakirələr nəticəsində qəbul ediləcək qərarlar neftin qiymətinin yenidən artmasına kömək edəcəkmi?

Bunu bilmirik, ancaq qiymətlərin yüksəlməsi üçün bazarda təzyiq yaradacaq. Əgər o təzyiq nəticəsində qiymətlər yüksələrsə, bu dəfə Amerika nefti bundan qazanclı çıxacaq.

Hal-hazırda ABŞ-da azalmaqda olan neft istehsalı yenidən yüksələcək və nəticədə ABŞ bazara külli miqdarda neft çıxaracaq ki, bu da qiymətlərin aşağı düşməsi üçün təzyiq rolunu oynayacaq. Hər halda, neftin qiyməti bir aşağı, bir yuxarı gedəcək, vəziyyət onu göstərir”, - deyə F.Birol qeyd edib.

U.A.

0
6