Fatih Birol: TANAP beşulduzlu bir layihədir

Fatih Birol: TANAP beşulduzlu bir layihədir

“Azərbaycan daim enerji sahəsində düzgün qərarlar qəbul edib”.“Azərbaycan həm Türkiyə, həm də bölgə üçün son dərəcə önəmli bir ölkədir. Önəmli problemləri olmasına baxmayaraq, böyük strateji layihələrə gələndə Azərbaycan daim düzgün qərarlar qəbul edib”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Mərkəzi Parisdə yerləşən Beynəlxalq Enerji Agentliyinin (İEA) icraçı direktoru Fatih Birol deyib.

“Bunun ən son örnəyi TANAP layihəsidir. TANAP-ın həm Azərbaycan, həm Türkiyə, həm bölgə və həm də enerji sənayesi üçün 5 ulduzlu bir layihə olduğunu düşünürəm.

Dünyada, Avropada və Türkiyədə enerji təhlükəsizliyini artıracaq gözəl bir layihədir. TANAP layihəsi həm Azərbaycan iqtisadiyyatına önəmli dərəcədə xeyir verəcək, həm də ölkənin dünyadakı mövqeyinin güclənməsinə müsbət təsir göstərəcək”.

“Türkmənistanın Norveç qədər təbii qaz ehtiyatı var, tarazlıqları dəyişdirməyə qadirdir. Türkmən təbii qazının TANAP vasitəsilə nəql edilməsi üçün hər ölkənin ciddi şəkildə çalışması lazımdır.

O biri ölkələr dəstəkləsələr və Türkmənistan da öz öhdəsinə düşən addımları atsa, bölgədəki tarazlıqları dəyişdirə biləcək mənzərə meydana çıxa bilər”, - deyə F.Birol Türkmənsitan qazının TANAP vasitəsilə nəql oluna bilərmi sualına cavab olaraq bildirib.

U.A.

0
8