Nazarbayev xəstələndiyi üçün bir sıra beynəlxalq tədbirlərə qatılmayacaq

Nazarbayev xəstələndiyi üçün bir sıra beynəlxalq tədbirlərə qatılmayacaq

Qazaxıstan prezidenti Nursultan Nazarbayev xəstələndiyi üçün bu həftənin sonuna kimi planlaşdırılmış bir sıra beynəlxalq tədbiri təxirə salıb.

Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti Aydos Ukibay məlumat yayıb.

“O, (Nazarbayev – red.) soyuqdəymə xəstəlikləri ilə əlaqədar planlı müalicə keçir. Ümumilikdə onun səhhəti narahatlıq doğurmur”, - deyə mətbuat xidməti bildirib.

N.O.

0
18