Şamaxıda 21 yaşlı qız intihar etdi

Şamaxıda 21 yaşlı qız intihar etdi

Şamaxı rayonunda intihar hadisəsi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Report”a rayon prokurorluğundan məlumat verilib.

Məlumata görə, rayon sakini, 1994-cü il təvəllüdlü Türkan Kərimova özünü yaşadığı evdə iplə asaraq intihar edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq ölümün səbəblərini araşdırır.

E.Ə.

0
7