Türkiyədə qadın alveri ilə məşğul olan azərbaycanlı saxlanıldı

Türkiyədə qadın alveri ilə məşğul olan azərbaycanlı saxlanıldı

Şübhəlilərdən 4 nəfər qaçıb.

Ankarada keçirilən əməliyyat zamanı aralarında əcnəbi əsilli qadınların da olduğu fahişəliklə məşğul olan dəstə ələ keçirilib.

Oxu.Az milliyet.com.tr-ə istinadən xəbər verir ki, saxlanılan şəxslər insan alverində ittiham edilirlər.  

Məlumata görə, dəstəyə başçılıq edən Nəslihan K. qadınların pasportlarını əllərindən alaraq onların ölkədən çıxmağına imkan vermirdi. 

Xarici ölkələrdə yaşayan qadınlarla ünsiyyət qurub, onları fahişəliyə cəlb edənlərdən biri də Azərbaycan əsilli Aminet A.-dır. 

Polisin keçirdiyi əməliyyat zamanı dəstənin 11 üzvü saxlanılıb. Şübhəlilərdən 4 nəfər isə qaçıb.

Pasportları əllərindən alınan qadınlar masaj salonu adı altında fəaliyyət göstərən fahişəxanada çalışmağa məcbur edilirdi. 

0
28