“Bank Standard”ın əmanətçilərinə bir gündə ödənilən kompensasiyanın məbləği açıqlandı

“Bank Standard”ın əmanətçilərinə bir gündə ödənilən kompensasiyanın məbləği açıqlandı

Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 802 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 milyon 853 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 17 milyon 184 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 836 min manatdan artıq kompensasiya ödənilib.

Oxu.Az-a Fonddan verilən məlumata görə, ümumilikdə 4 bank üzrə ümumilikdə 103 milyon 677 min manatdan artıq kompensasiya ödənilib.

Qeyd olunan tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 milyon 830 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 816 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 milyon 646 min manatdan artıq kompensasiya ödənilib.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 91 min manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 955 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 974 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 21 min manatdan artıq kompensasiya ödənilib.

Oktyabrın 11-dən etibarən Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” KB-nin əmanətçilərinə kompensasiya ödənişinə başlayıb və qorunan əmanətçilərinə 8 milyon 230 min manat kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 272 milyon 577 min manatdan artıq kompensasiya ödənilib.

U.A.

0
9