Azərbaycanda çiyələk əkini başladı

Azərbaycanda çiyələk əkini başladı

Cəlilabad rayonunda çiyələk əkininə başlanılıb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, fermer Elçin Cahangirov bildirib ki, çiyələk əkinində həm yerli, həm də “albions” növünə üstünlük verilir. Əkin işləri bir ay müddətində başa çatacaq.

Ötən mövsümün çiyələk təsərrüfatları üçün əlverişli olduğunu deyən E.Cahangirov qeyd edib ki, həm məhsuldarlıq, həm də qiymətlər onları razı salıb: “Bazarda qiymətlər demək olar ki, bizi qane etdi. Çiyələyin bir kiloqramını 80 qəpik-1 manata satdıq”.

Fermer təcrübə məqsədi ilə əkilən “Amerikanka” çiyələk növünün daha dözümlü olduğu üçün bu il ilk dəfə olaraq Rusiya bazarlarına çıxarıldığını da diqqətə çatdırıb.

Qeyd edək ki, ötən il Cəlilabad rayonunda 400 hektar çiyələk sahəsindən 12 min ton məhsul yığılıb.

Bu il rayonda 500 hektar sahədə çiyələk əkininin aparılması nəzərdə tutulub.

U.A.

0
9