AFFA prezidenti: Gәlin eyforiyaya qapılmayaq

AFFA prezidenti: Gәlin eyforiyaya qapılmayaq

“Әla nәticәdir. Komandanı tәbrik edirәm”.

Oxu.Az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

“DÇ-2018”-in seçmə mərhələsində səfərdə Çexiya ilə qarşılaşan milli komandamız qolsuz bərabərliyə nail ola bilib.

Matç başa çatdıqdan sonra federasiya prezidenti qısa açıqlama verib:

“Prosineçkiyә dә tәşәkkür edirik. Çәtin olsa da, hәr kәs әlindәn gәlәni etdi vә çox lazımlı xal qazandıq. Gözlәnilmәzdi, ancaq gәlin, eyforiyaya qapılmayaq”.

Yığmanın ilk 3 oyunda 7 xal qazanması vә buna qol buraxmadan nail olmasının mükafatı nә olacaq sualına isə Abdullayev belə cavab verib:

“Gәlin mükafat mövzusunu qabartmayaq. Meydana çıxıb, vәtәn uğrunda çalışırıq”.

E.Ə.

0
9