Tanınmış aktrisa xəstəxanalıq oldu

Tanınmış aktrisa xəstəxanalıq oldu

Mayami tətilindən qayıtdıqdan sonra istirahətinə Bodrumda davam edən türk aktrisa Ahu Tuğba mədə qanaxması keçirib.

Axşam.az acunn.com-a istinadən xəbər verir ki, Floridada yaşayan qızının qəza keçirdiyini eşidən aktrisa stress keçirib və nəticədə xəstəxanalıq olub.

A.Tuğba deyib ki, ağzından qan gəlib və öləcəyini düşünüb:

“Başqa problemlər də var. Risk davam edir. Cümə günü nəticələr məlum olacaq”.

0
10