İtaliyada zəlzələdə uçmuş binaların bərpasına 4,5 mlrd. avro ayrılacaq

İtaliyada zəlzələdə uçmuş binaların bərpasına 4,5 mlrd. avro ayrılacaq

İtaliya hökuməti avqustun 24-də baş vermiş güclü  zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ümumilikdə 4,5 mlrd. avro ayıracaq.

“Fərdi binaların bərpa olunmasına 3,5 mlrd. avro, dövlət müəssisələrinin binalarının bərpasına isə 1 mlrd. avro ayrılacaq”, - deyə mətbuat konfransında Nazirlər Kabineti Dəftərxanasının nazir müavini Klaudio de Vinçetti bildirib.

İlk tranşın həcmi 300 mln. avro təşkil edəcək.

Qeyd edək ki,  avqustun 24-nə keçən gecə 6 bal gücündə baş vermiş zəlzələ nəticəsində 298 nəfər ölüb, yüzlərlə insan xəsarət alıb, üç mindən çox sakin evsiz qalıb.

0
10