Rövnəq Abdullayev: "Gәlin, eyforiyaya qapılmayaq"

Rövnəq Abdullayev: "Gәlin, eyforiyaya qapılmayaq"

"Әla nәticәdi. Komandanı tәbrik edirәm”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya ilə qarşılaşan milli komandamız qolsuz bərabərliyə nail ola bilib.

Matç başa çatdıqdan sonra federasiya prezidenti qısa açıqlama verib: “Prosineçkiyә dә tәşәkkür edirik. Çәtin olsa da, hәr kәs әlindәn gәlәni etdi vә çox lazımlı xal qazandıq. Gözlәnilmәzdi, ancaq gәlin, eyforiyaya qapılmayaq".

Yığmanın ilk 3 oyunda 7 xal qazanması vә buna qol buraxmadan nail olmasının mükafatı nә olacaq sualına isə Abdullayev belə cavab verib: "Gәlin, mükafat mövzusunu qabartmayaq. Meydana çıxıb, vәtәn uğrunda çalışırıq"

0
16