Ər-Riyad: Səudiyyə Ərəbistanında vəhhabilik təbliğ olunmur

Ər-Riyad: Səudiyyə Ərəbistanında vəhhabilik təbliğ olunmur

Vəhhabilik dini ideologiya kimi Səudiyyə Ərəbistanında təbliğ olunmur.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Məşvərət Şurasının (Məclis əş-Şura) vitse-spikeri Məhəmməd əl-Jəfri deyib.

“Bizdə  vəhhabilik adlandırılan dini dəyərlər yoxdur... Bizdə bir dindir – İslam”, - deyə Məhəmməd əl-Jəfri Brüsseldə Avropa Parlamentinin beynəlxalq işlər komitəsinin üzvləri qarşısında çıxışı zamanı bildirib.

“Vəhhabiliyin Səudiyyə Ərəbistanında dövlət ideologiyası olması barədə iddialar tamamilə əsassızdır”, - deyə  Məhəmməd əl-Jəfri  qeyd edib.

0
12