Azərbaycanda Aşura günü qeyd olunur

Azərbaycanda Aşura günü qeyd olunur

Bu gün Azərbaycanda Aşuradır.

Oxu.Az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, Məhərrəm ayının 10-u - Aşura günü oktyabrın 12-nə təsadüf edir.

Fətvada qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

Bu gün son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyaların təşkili olacaq.


Qanvermə aksiyaları aşağıdakı məscidlərdə keçirilir:


Bakı şəhəri:


1. Yasamal rayonu - Təzəpir məscidi;


2. Yasamal rayonu - Hacı Soltanəli məscidi;


3. Səbail rayonu - Bibiheybət məscidi;


4. Səbail rayonu - İçərişəhər Cümə məscidi;


5. Suraxanı rayonu - Qaraçuxur məscidi;


6. Xəzər rayonu - Mir Mövsüm ağa məscidi;


7. Nizami rayonu - Keşlə qəsəbə məscidi;


8. Nəsimi rayonu - Əjdərbəy məscidi


9. Sumqayıt şəhəri - Cümə məscidi;


10. Gəncə şəhəri - İmamzadə məscidi;


11. Mingəçevir şəhəri - “Heydər məscidi;


12. Şəki şəhəri - Cümə məscidi;


13. Lənkəran şəhəri - Böyükbazar məscidi;


14. Bərdə şəhəri - Cümə məscidi;


Qeyd edək ki, Məhərrəm ayı oktyabrın 3-də başlayıb.

S.B.

0
40