Millimiz Çexiyadan sərfəli nəticə dönür

Millimiz Çexiyadan sərfəli nəticə dönür

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində III turun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan yığması səfərdə Çexiya komandasının qonağı olub.

İlk iki oyunda qələbə qazanan Robert Prosineçkinin yetirmələri bu qarşılaşmadan da sərfəli nəticə ilə dönüblər. “Mestiski” stadionunda keçirilən matç qolsuz bərabərliklə yekunlaşıb.

Bununla da, millimiz çətin səfər qarşılaşmasında aktivinə bir xal yazıb.

Bu qrupun digər qarşılaşmasında Almaniya doğma meydanda Şimali İrlandiya yığmasını 2:0, Norveç isə San- Marino komandasını 4:1 hesabı ilə məlub edib.

Turnu cədvəli:

1.

Almaniya

3 3 0 0 8:0 9
2.

Azərbaycan

3 2 1 0 2:0 7
3.

Şimali İrlandiya

3 1 1 1 4:2 4
4.

Norveç

3 1 0 2 5:5 3
5.

Çexiya

3 0 2 1 0:3 2
6.

San Marino

3 0 0 3 1:9 0

S.B.

0
16