Bakıda Aşura gecəsi – FOTO

Bakıda Aşura gecəsi – FOTO

Bakıda Məşədi Dadaş Məscidində Aşura gecəsi də qeyd edilib.

Oxu.Az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları bu gün məsciddə olub, bu dini mərasimdə baş verənləri izləyiblər. Məscidin imam-axundu Hacı Şahin Həsənli moizə oxuyub.

Mərasim üçün güclü təhlükəsizlik tədbirləri görülüb. Önündə “Xidmətçi” yazılan göy gödəkçəli şəxslər insanların yerləşməsinə nəzarət edib, məscidin binasına daxil olanların üzərinə yoxlayıb buraxıblar. İki nəfər təcili tibbi yardım əməkdaşı mütəmadi olaraq halı pisləşən şəxslərə tibbi yardım göstəriblər.

Mərasimdə qadınlar üçün xüsusi yer ayrılıb və həmin ərazi çadırla kişilərin dayandığı yerdən fərqləndirilib.

S.B.

Foto: Nuran Məmmədov

0
88