Türkiyə parlamenti fövqəladə vəziyyət rejiminin artırılmasını təsdiqlədi

Türkiyə parlamenti fövqəladə vəziyyət rejiminin artırılmasını təsdiqlədi

Türkiyə parlamenti hökumətin ölkədə fövqəladə vəziyyət rejiminin 90 gün artırılmasına dair qərarını təsdiqləyib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hökumət oktyabrın 3-də Milli Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında  ölkədə oktyabrın 19-dan etibarən fövqəladə vəziyyət rejiminin 90 gün müddətinə artırılmasına dair qərar qəbul edib.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi dövlət çevrilişinə cəhddən sonra tətbiq edilməyə başlayıb.

0
6