Salyan sakininə 55 min manat “atdılar“

Salyan sakininə 55 min manat “atdılar“

Azərbaycanda daha bir dələduzluq hadisəsi qeydə alınıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, Salyan rayon sakini, 1966-ci il təvəllüdlü Azər Ağayev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2014-cü il noyabrın 9-da Cavidan adlı şəxs onun etibarından sui-istifadə edərək rayonda tikdirdiyi şadlıq sarayına sənəd düzəltmək adı ilə 55 000 manat pulunu alıb, lakin indiyədək qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

S.B.

0
17