Azərbaycanda nə vaxt 10 milyon əhali yaşayacaq?

Azərbaycanda nə vaxt 10 milyon əhali yaşayacaq?

Nazir müavini açıqlama verdi.

Azərbaycanda iqisadi inkişaf, sabitlik və rifah səviyyəsinin artması ölkədə çox müsbət demoqrafik vəziyyət yaradıb. Dünyanın inkişaf etmiş ölkələrindən fərqli olaraq, Azərbaycanda 65 və yuxarı yaşda olanlar ölkə əhalisinin 5,9%-ni təşkil edir.

Oxu.Az-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev İsveçin Stokholm şəhərində keçirilən BSTA Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib. 

“Respublika əhalisi müvafiq meyarlara görə gənc sayılır, yəni əhalinin 68,2%-i 15-60 yaşda olanlardır ki, bu da dünya üzrə müvafiq göstəricidən 7% yüksəkdir.

Əgər inkişaf etmiş ölkələrdə əhalinin orta yaşı 40 yaşdan yüksəkdir, bizim əhalinin orta yaşı isə 28 yaşdır”, - deyə nazir müavini qeyd edib. 

İ.İsayev bildirib ki, 2015-ci ildə respublika əhalisi 9,7 mln. nəfər təşkil edirdisə, 2020-ci ildə bu göstərici 10,1 mln. nəfərdən çox olacaq. 

“İllik təbii artım əmsalı orta hesabla 1,3-dür”. 

Nazir müavini, həmçinin demoqrafik inkişaf şəraitində əmək ehtiyatlarından səmərəli istifadənin strateji vəzifələrdən olduğunu, bununla əlaqədar ölkədə yeni uzunmüddətli məşğulluq konsepsiyası hazırlandığını bildirib. 

0
13