Həmsədrlər regiona səfərləri çərçivəsində Dağlıq Qarabağa da gedəcəklər

Həmsədrlər regiona səfərləri çərçivəsində Dağlıq Qarabağa da gedəcəklər

Regiona növbəti səfərləri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri işğal olunmuş Dağlıq Qarabağa da getməyi planlaşdırırlar.

Oxu.Az-ın məlumatına görə, bu sözləri Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın “news.am” agentliyinə müsahibəsində deyib.

O, bölgəyə səfərin bu ayın sonunda baş tutacağını və iki ölkənin rəhbərləri ilə görüşəcəklərini bildirib:

“Bu, Vyana və Sankt-Peterburqa yüksək səviyyədə başlayan danışıqları davam etdirmək və nizamlanma elementlərini müzakirə etmək üçün yaxşı imkandır. Biz ümid edirik ki, prezidentlər ilk fürsətdə görüşəcəklər. Lakin görüşün tarixi və yeri ilə bağlı hələlik məlumat yoxdur”.

0
10