Üç seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib

Üç seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib

Mərkəzi Seçki Komissiyası 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 3 seçki məntəqəsində seçkinin nəticələrini tam ləğv edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün MSK-nın iclasında MSK katibi Arifə Muxtarova bildirib.

A.Muxtarova deyib ki, bir seçki məntəqəsində isə seçkinin nəticələri qismən ləğv edilib.

“11 saylı Qaradağ Seçki Dairəsinin 14 saylı seçki məntəqəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 saylı seçki məntəqəsi, 68 saylı Cəlibadad kənd Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində seçkinin nəticələri tam, 64 saylı Sabirabad II Seçki Dairəsinin 35 saylı seçki məntəqəsində isə seçkinin nəticələri qismən ləğv olunub”, – deyə o bildirib.

A.M.

0
17