Macarıstanın Azərbaycandakı səfirliyinə daha bir səlahiyyət verildi

Macarıstanın Azərbaycandakı səfirliyinə daha bir səlahiyyət verildi

Macarıstanın Bakıdakı səfirliyi rotasiya əsasında gələn ildən etibarən NATO-nun Azərbaycandakı koordinatoru funksiyasını yerinə yetirəcək.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Report diplomatik mənbələrə istinadən xəbər verir.

Verilən məlumata görə, Rumıniya səfirliyinin müvafiq mandatı bu ilin dekabr ayında sona çatacaq.

Xatırladaq ki, Rumıniyanın Azərbaycandakı səfirliyi 2009-cu ildən bəri 4 dəfə NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi vəzifələrini icra etmək mandatı alıb.

N.O.

0
10