Bakı metrosunun gəlir və xərcləri açıqlandı

Bakı metrosunun gəlir və xərcləri açıqlandı

“Dövlət Statistika Komitəsinə təqdim edilmiş rəsmi məlumatlara əsasən, “Bakı Metropoliteni”ndə 2015-ci ilin I yarısında sərnişindaşıma üzrə xərclər 50 milyon 359,8 min manat, 2016-cı ilin müvafiq dövrü üçün isə 55 milyon 618,1 min manat təşkil edib”.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

“Göründüyü kimi, qeyd olunan dövr üzrə xərclər 40 milyon manat deyil, 5,3 milyon manat artıb ki, bu da əsasən 2015-ci ilin sonunda “Elmlər Akademiyası” stansiyasının II çıxışının istismara verilməsi, metropolitenin mövcud stansiyalarında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, əsas fondların dəyərinin artması ilə bağlı amortizasiya xərclərinin çoxalmasından ibarətdir.

Sərnişindaşıma üzrə 2015-ci ilin 6 ayı ərzində 112,2 milyon, o cümlədən gediş haqqını ödəyən 108,2 milyon və 2016-cı ilin müvafiq dövrü ərzində 109,3 milyon, o cümlədən gediş haqqını ödəyən 106,2 milyon sərnişin daşınıb.

Sərnişindaşımadan gəlirlər 2015-ci ilin 6 ayı ərzində 21 milyon 637,1 min manat, 2016-cı ilin müvafiq dövründə 21 milyon 245,5 min manat təşkil edib. Göründüyü kimi, 2016-cı ilin 6 ayı ərzində keçən illə müqayisədə 2 milyon az sərnişin daşınıb və buna uyğun olaraq gəlirlər də 391,6 min manat və ya 1,8% az olub. Yəni qeyd olunan o rəqəmlər həqiqəti əks etdirmir”.

U.A.

0
6