NATO Bakıda seminar keçirir – FOTO

NATO Bakıda seminar keçirir – FOTO

Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Azərbaycan Respublikasında “Maddi-Texniki Təminatın Əsasları” mövzusunda seminar keçirilir.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, tədbir müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara “Maddi-Texniki Təminatın əsasları”, “Əməliyyatlarda Maddi-Texniki Təminatın planlaşdırılması” və digər mövzular barədə məlumatlar verilir, eləcə də sindikatlar təşkil edilir.

Tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edir.

A.M.

0
8