Hakim “Bavariya”nın xeyrinə təyin etdiyi penaltiyə görə üzr istədi – VİDEO

Hakim “Bavariya”nın xeyrinə təyin etdiyi penaltiyə görə üzr istədi – VİDEO

“Hər şey çox sürətlə baş verdi”.

Almaniya kubokunun Münhenin “Bavariya” və Bremenin “Verder” komandaları arasında keçirilən yarımfinal görüşünün hakimi Tobias Ştiller, matçın sonunda Hosep Qvardiolanın komandasının xeyrinə penaltini təyin etməklə səhv etdiyini bildirib. 

Oxu.Az xəbər verir ki, hesabın 1:0 “Bavariya”nın xeyrinə olduğu matçın 71-ci dəqiqəsində, Yanek Şternberq yaxınlaşdıqdan sonra çilili yarımmüdafiəçi Arturo Vidal rəqibin cərimə meydançasında yıxılıb. 

“Mən üzr istəyirəm. Hər şey çox sürətlə baş verdi. Mən yaxşı mövqedə idim və mənə elə gəldi ki, kontakt olub. Əslində isə olmayıb”, - Ştillerin sözlərini “Bild” sitat gətirir. 

Xatıraldaq ki, “Bavariya” 2:0 hesabı ilə qələbə qazanaraq finala çıxıb. 

0
27