SOCAR-ın Türkiyədə rəqibləri artır

SOCAR-ın Türkiyədə rəqibləri artır

Daha iki şirkət Türkiyədə pərakəndə yanacaq satışı ilə məşğul olan “Petrol Ofisi” şirkətinin alışında iddialıdır.

Oxu.Az xəbər verir ki, APA “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, “Vitol” və “Trafigura” şirkətləri də iddiaçılar sırasına qoşulub.

İddiaçılar arasında SOCAR, “Opet”, BP və “Aramco” kimi şirkətlər də var.

“Petrol Ofisi”nin sahibi olan Avstriyanın OMV şirkəti isə hələlik tərəfdaş seçməyə tələsmir. OMV-nin baş icraçı direktoru Rayner Zele (Rainer Seele) yalnız onu bildirib ki, “Petrol Ofisi”nin potensial alıcıları ilə danışıqlar aparılır.


U.A.

0
8