Putin Fransa səfərini təxirə saldı

Putin Fransa səfərini təxirə saldı

Rusiya prezidenti Vladimir Putinin Fransaya oktyabrın 19-na planlaşdırılan səfəri baş tutmayacaq.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb.

“Prezident Paris səfərini təxirə salmaq qərarına gəlib”, - deyə Peskov bildirib.

Peskov bildirib ki, buna səbəb səfər proqramından çıxarılan tədbirlərdir. Onun sözlərinə görə, Rusiya mədəniyyət mərkəzinin açılışı, sərginin keçirilməsi kimi tədbirlər proqramından çıxarıldığı üçün Putin səfəri təxirə salmaq haqqında qərar verib.

Eyni zamanda Peskov qeyd edib ki, Rusiya prezidenti fransalı həmkarı üçün uyğun olan vaxtda Parisə səfər etmək imkanlarını nəzərdən keçirməyə hazırdır.

N.O.

0
10