Bərdədə sevgi intiharı – TƏFƏRRÜATLAR + YENİLƏNİB

Bərdədə sevgi intiharı – TƏFƏRRÜATLAR + YENİLƏNİB

Bərdədə müəmmalı şəkildə dünyasını dəyişən 3 uşaq anasının öldürüldüyü bildirilir.Oktyabrın 3-də Bərdə rayonu Qaradəmirçi kəndində baş vermiş ölüm hadisəsinin təfərrüatı məlum olub. Evdə meyiti tapılan 25 yaşlı Ağdam rayon sakini, 25 yaşlı Quliyeva Gülnar Xurşud qızının ailə üzvlərinin mənzildə olduğu üzə çıxıb.

Mərhumənin anası Zemfira Paşayeva və zərərçəkənin vəkili Rafiq Məmmədov üç uşaq anası olan Gülnar Quliyevanın intihar etməsi iddiası ilə razılaşmırlar.

Gülnar həyat yoldaşı Həsənov Rəşad Məmmədhüseyn oğlu ilə toyda tanış olublar. Onlar evlənəndə Gülnarın 17 yaşı olub. Həm o, həm də Rəşad orta təhsillidirlər.

Z.Paşayeva deyir ki, hazırda 32 yaşı olan kürəkəni fermada işləyir. Ailənin dolanışığı pis olmayıb, özü də qızının ailəsinə köməklik göstərib.

Vəkil R.Məmmədov deyir ki, ölümündən sonra Gülnarın çəkilmiş şəkillərindən onun dərman içib intihar etdiyi deyil, boğularaq öldürüldüyü aydın görünür: “Nəşin üzərində zorakılıq halları var. Rəşad mənimlə söhbətində dedi ki, Gülnardan onu sevib-sevmədiyini soruşub. Gülnar isə sevmədiyini bildirib. Ölüm hadisəsi zamanı Rəşad evdə olub. Əgər Gülnar özünü öldürübsə, həyat yoldaşı niyə təcili tibbi yardıma, polisə məlumat verməyib?

Maraqlıdır ki, hadisə yerinə polis və prokurorluq əməkdaşları vaxtında gəlməyiblər. Gülnarın nəşi dəfn üçün qəbirsatanlığa aparılarkən tibbi ekspertizaya aparılıb”.

Z.Paşayeva qızının öldürülməsi iddiası ilə bağlı Baş Prokurorluğa şikayət edib. Zərərçəkən Rəşadla bağlı həbs qəti-imkan tədbirinin seçilməsini tələb edirlər. Hüquq-mühafizə orqanları tibbi ekspertizanın nəticəsini gözləməyi bildirib. Ekspertizanın rəyinin isə üç ay ərzində məlum olacağı deyilib.

“Əgər zərərçəkən ekspertizanın rəyilə razı olmayıb şikayət etsə, onun dərman içib ölməsi, ya da boğub öldürülməsi ilə bağlı iddialar öz təsdiqini tapmasında çətinlik yaranacaq. Tibbi ekspertizanın rəyi tezləşdirilməlidir”,-deyə vəkil bildirib.

Z.Paşayevanın sözlərinə görə, qızı ilə kürəkəninin münasibətində son aylar gərginlik müşahidə olunub. Kürəkəni qızına gün verib işıq verməyib. Gülnarı döyüb, işgəncə verib.

“Qız başını götürüb qaçıb yanıma gəlmişdi. Rəşad qızımın qolunda siqaret söndürürdü. Gəlib üzr istədi, peşmanlıq hissi keçirdiyini və Gülnardan ayrılmaq istəmədiyini deyirdi. Hətta Gülnar işgəncələrdən boğaza yığılıb məhkəməyə boşanmaq üçün müraciət etmişdi. Gülnar ailəsinin dağılmasını istəmədiyi üçün ərizəsini geri götürdü”,-deyə Z.Paşayeva bildirib.

Zərərçəkmişin sözlərinə görə, yas mərasimi Ağdam rayonunda olub. Nə Rəşad, nə də onun yaxınları yas mərasimində iştirak etməyiblər.

“Qızımın üç yadigarı olan övladları Aysel, Aysun və Ceyhun övladları mənimlə qalırlar. Onlar məktbəlidirlər. Onun taleyi bizi narahat edir. Əgər ölüm hadisəsi ədalətli araşdırılmasa, Rəşad cəzasını almasa, uşaqları Bərdə rayon Prokurorluğunun binasına qoyub, özüm isə binanın qarşısında yandıaracam”,-deyə Z.Paşayeva bildirib.

Vəkil ailənin kirayədə qaldığı ev sahibləri və qonşularla söhbət etdiyini bildirir. Onlar ölüm hadisəsindən gec xəbər tutduqlarını, Rəşadın evdə olduğunu görüblər. Amma Gülnarın valideyni və yaxınları hadisə yerinə gələrkən Rəşad evi tərk edib.

Bərdə rayon Prokurorluğunun müstəntiqi Allahverdi Abuzərov bildirib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır: “Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. G.Quliyevanın həyat yoldaşı Rəşad Həsənovun ifadəsi alınıb. Tərəfimizdən ölüm işi ilə bağlı təhqiqat aparılır”.

R.Həsənovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Onun telefon nömrəsinə zəng çatmayıb.

(Bizim Yol)

4 oktyabr (17:44)

Bərdədə 25 yaşlı qadın intihar edib.

Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, rayonun Qaradəmirçi kəndində özünü zəhərləyərək intihar edən Ağdam rayon sakini, 25 yaşlı Quliyeva Gülnar Xurşud qızının bir müddət əvvəl ailə həyatı qurduğu və hadisə zamanı ailə üzvlərinin də mənzildə olduğu üzə çıxıb.

Bildirilir ki, bu günlərdə G.Quliyeva ilə həyat yoldaşı arasında münasibətlər pozulub və ər 25 yaşlı xanımını onu sevməməkdə ittiham edib.

Dünən mənzildə zəhərli məhlul içən Gülnar həyat yoldaşının yanına gəlib və həyat yoldaşının ittihamlarına həyatına son qoymaqla cavab verdiyini deyib. Gülnarın vəziyyətinin ağırlaşdığını görən əri təcili tibbi yardım çağırsa da, artıq gec olub və onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

E.Ə.

0
14