Çexiya - Azərbaycan matçı hansı kanallarda canlı yayımlanacaq?

Çexiya - Azərbaycan matçı hansı kanallarda canlı yayımlanacaq?

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində futbol üzrə millimiz qrupda növbəti oyununu Çexiyaya qarşı keçirəcək.

Oxu.Az xəbər verir ki, baş tutacaq qarşılaşma tək ölkəmizdə yayımlanmayacaq.

Millimizin seçmə mərhələdəki görüşü “İctimai” kanaldan (İTV) canlı yayımla tamaşaçılara nümayiş etdirəcək. İTV ilə yanaşı, millimizin oyununu Rusiyanın “Matç! Futbol 2” kanalı da yayımlayacaq.

Qeyd edək ki, Çexiya - Azərbaycan qarşılaşması oktyabrın 11-i saat 22:45-da başlayacaq.

E.Ə.

0
107