Adı “qara siyahı”dan çıxarılmış Soso Pavliaşvili Bakıya gəlir

Adı “qara siyahı”dan çıxarılmış Soso Pavliaşvili Bakıya gəlir

Soso Pavliaşvilinin adı Azərbaycanın “qara siyahısından” çıxarılıb.

Oxu.Az-ın verdiyi xəbərə görə, Gürcüstan və Rusiya müğənnisi, aktyor Soso Pavliaşvili NSV-ə bildirib ki, bu xəbəri sevinclə qarşılayıb.

“Mən buna çox sevinirəm, çünki yaradıcı insanlar siyasi məsələlərlə, qadağalarla, ideologiyalarla məhdudlaşdırılmamalıdırlar”, - deyə müğənni bildirib.

Artist NSV-ə adının “qara siyahı”ya necə düşdüyünü, onun Azərbaycanın gözündə reabilitasiyaya necə nail ola bildiyini danışıb.

“Bu, dostum Emin Ağalarovun məni keçən il “Jara” festivalına dəvət etdikdən sonra baş verib. Mən ona Azərbaycana buraxılmamaq səbəbini başa saldım. Emin adamlarla danışdı və hamı başa düşdü ki, bu cəfəngiyyatdır”, - deyə müğənni qeyd edib.

O bildirib ki, bu ilin dekabrında Bakıda konsert proqramı planlaşdırır. Tədbirdən yığılan vəsait isə xeyriyyəçiliyə yönəldiləcək.

Gürcüstan və Rusiya müğənnisi Soso Pavliaşvili Tbilisidə dünyaya göz açıb. Aktiv solo konsertə 1989-cu ildə Yurmalada musiqi yarışında Qran-pri-yə layiq görüldükdən sonra başlayıb.

Bir müddət əvvəl KİV-də Soso Pavliaşvilinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri barədə xəbərlər yayılmışdı. Bundan sonra onun adı arzuolunmaz şəxslər siyahısına daxil edilib.(Vesti.az)

N.O.

0
21