“Expressbank”ın müştəriləri on min manatdan çox pul qazanıb

“Expressbank”ın müştəriləri on min manatdan çox pul qazanıb

“Expressbank” tərəfindən müştərilərinin maddi rifahının yüksəldilməsi üçün maliyyə məsləhətçisi dəsti-xətti ilə yaradılmış məhsul və xidmətlər sırasında xüsusi yer alan “ExpressClub” xidməti, cəmi 6 aydır mövcudluğuna baxmayaraq artıq müştərilərin böyük rəğbət və sevgisini qazana bilib.

“Xərclərinizi gəlirə çevirin” şüarı altında təqdim olunan “ExpressClub” layihəsi çərçivəsində “Expressbank”ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsilə alış-veriş edərkən xərclədikləri məbləğin bir hissəsini karta geri alırlar (Cashback).

Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar. Belə ki, 6 ayın nəticələrinə görə, layihə çərçivəsində “Expressbank”ın plastik kart sahibləri on min manatdan artıq “cashback” alıb.

“ExpressClub” layihəsinin xüsusi üstünlüyü - onun nəinki “ExpressClub” tərəfdaşlar şəbəkəsinə daxil olan satış nöqtələrində 20%-dək “cashback” qaytarması, hətta bu şəbəkəyə daxil olmayan, POS-terminalla ödəniş mümkün olan istənilən satış nöqtəsində xərclənən vəsaitin 0,3% hissəsinin müştərilərin kartına geri qayıtmasıdır. “ExpressClub” şəbəkəsinə daxil olan tərəfdaşların siyahısı isə daim yenilənməkdə və artmaqdadır.

Bütün bu fürsətlərdən yararlanmaq üçün sadəcə “Expressbank”ın istənilən plastik kart sahibi olmaq kifayətdir! Bunun üçün şəxsiyyət vəsiqəsi ilə istənilən filiala yaxınlaşmaq və ya www.expressbank.az saytı vasitəsilə onlayn sifariş etmək yetərlidir.

“Expressbank”ın kartlarına dərhal, rahat və komissiyasız vəsaiti “ExpressPay” terminalları və mobil pul kisəsi vasitəsilə mədaxil etmək mümkündür.

“ExpressClub” tərafdaş şəbəkəsi və “Cashback” xidməti haqqında daha ətraflı məlumat üçün müştərilər 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.azsaytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərlər.

“Expressbank”ın ödəniş kartları ilə xərclərinizi gəlirə çevirin!

U.A.

0
7