Çexiya yığmasının futbolçuları Azərbaycanla oyundan danışdılar

Çexiya yığmasının futbolçuları Azərbaycanla oyundan danışdılar

“Rəqibimizin 2 oyundan sonra 6 xal qazanacağını bilmirdik”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Çexiya milli komandasının futbolçusu Patrik Şik Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə yerli jurnalistlərə açıqlamasında deyib.

Hücumçu ikinci pilləyə yaxınlaşmaq üçün qalib gəlmələrinin vacibliyini bildirib.

Onun komanda yoldaşı Filip Novak isə bildirib ki, Çexiya üçün 2 oyundan 1 xal kifayət deyil:

“Biz həvəsdən düşə bilmərik. Oyuna pozitiv əhval-ruhiyyədə köklənməli, qələbə qazanmalıyıq. Fikrimcə, azarkeşlərimiz də kömək edəcəklər və stadionda əla ab-hava yaranacaq”.

Qeyd edək ki, bu gün Ostrava şəhərindəki “Vitkovitse” stadionunda keçiriləcək Çexiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

E.Ə.

0
8