PKK öldürməyi planlaşdırdığı siyasətçilərin adlarını açıqladı – SİYAHI

PKK öldürməyi planlaşdırdığı siyasətçilərin adlarını açıqladı – SİYAHI

PKK terror təşkilatı Türkiyədə mülki vətəndaşları, təhlükəsizlik qüvvələrinin əməkdaşları və polislərlə yanaşı, onlara qarşı çıxan siyasətçilərə də sui-qəsd planı hazırlayıb.

Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, terror təşkilatının liderləri onlar kimi düşünməyənləri hədəf almaq əmri verib.

İndiyə qədər bir sıra siyasətçilər qətlə yetirilib. Ötən il AKP-nin Beytüşşebap mahalının gənclər təşkilatının rəhbəri Naci Adıyaman və AKP-nin Hakkaridən millət vəkilliyinə bir nömrəli namizəd olan Ahmet Budakın öldürülüb.

Dünən Van vilayəti Özalp mahalında AKP-nin şöbə müdirinin müavini Aydın Muştu övladlarının gözü önündə öldürülüb. Dünən axşam saatlarında isə Diyarbəkirdə AKP-nin mahal şöbəsinin müdiri Deryan Aktert iş yerində PKK-çılar tərəfindən qətlə yetirilib.

Məlumatlara görə, PKK öldürməyi planlaşdırdığı siyasətçilərin siyahısını hazırlayıb.

A.M.

0
10