Aİ-nin Bakıda keçiriləcək iclaslarının vaxtı məlum olub

Aİ-nin Bakıda keçiriləcək iclaslarının vaxtı məlum olub

Avropa İttifaqının (Aİ) Azərbaycan üzrə alt komitələrinin Azərbaycanda keçiriləcək iclaslarının vaxtı məlum olub.

Oxu.Az xəbər verir ki, Aİ-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, oktyabrın 12-də ədliyyə, azadlıq və təhlükəsizlik alt komitəsinin iclası keçiriləcək.

Oktyabrın 13-də insan haqları alt komitəsinin, oktyabrın 14-də isə insanlar arasında münasibətlərə dair komitənin iclası olacaq.

N.O.

0
7