670 bal toplayan tələbə özünü 11-ci mərtəbədən atdı

670 bal toplayan tələbə özünü 11-ci mərtəbədən atdı

Bakıda intihar hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Azər Manafov küçəsi, 1A ünvanında yerləşən yataqxana binasında qeydə alınıb.

Orada qalan, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Maarif Hüseyn oğlu Abbasov özünü yataqxananın 11-ci mərtəbəsindən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, M.Abbasov ali məktəbə qəbul olarkən 670 bal toplayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

E.Ə.

0
14