Azərbaycan Rusiyadan 6 helikopter aldı

Azərbaycan Rusiyadan 6 helikopter aldı

Mi-17V-1 silah daşıya bilir.

2015-ci ildə “Vertolyotı Rossii” sifarişçilərə 212 maşın təqdim ediblər ki, onların da böyük hissəsi hərbi sifarişlərin payına düşür.

Oxu.Az xəbər verir ki, bu barədə şirkətin məlumatlarına istinadən Rusiyanın “Kommersant” qəzeti yazıb.

Bildirilir ki, ötən il Azərbaycana 6 ədəd Mi-17V-1 hərbi-nəqliyyat helikopteri tədarük olunub.

Qeyd edək ki, Mi-17V-1 helikopterləri şəxsi heyətin, həmçinin kabina daxilində və xarici asqıda yükün daşınması üçün nəzərdə tutulub.

Helikopterlər xilasetmə əməliyyatlarından istifadə oluna, həmçinin silah daşıya bilərlər.

0
25