“DəmirBank”da “Zolotaya Korona”la pul köçür – Hədiyyələr qazan

“DəmirBank”da “Zolotaya Korona”la pul köçür – Hədiyyələr qazan

“DəmirBank” “Zolotaya Korona” pul köçürmə sistemi ilə birgə hədiyyəli aksiyaya start verib.

Aksiyanın şərtlərinə əsasən, “Zolotaya Korona” sistemi ilə “DəmirBank”ın istənilən filialından pul göndərən müştərilərə göndərilmiş vəsaitin məbləğindən asılı olaraq, müxtəlif hədiyyələrin verilməsi nəzərdə tutulub. Hədiyyələr sırasında korporativ qələm, fləşkart, termo-stəkan və telefon üçün powerbank var.

Paralel olaraq “DəmirBank” da pul köçürməsi edənə danışıq kartının hədiyyə edilməsi aksiyası da davam edir. Belə ki, müştəri aksiyaların şərtlərinə uyğun pul köçürməsi etdikdə, hər 2 aksiyada iştirak edə və eyni zamanda həm danışıq kartı, həm də müvafiq hədiyyələrindən birini qazana bilər.

“Zolotaya Korona” sistemi vasitəsilə “DəmirBank” müştəriləri üçün MDB və digər xarici ölkələrə çox sərfəli şərtlərlə pul köçürmək imkanı yaradılıb. Köçürmələr ani, ünvansız və hesab açılmadan həyata keçirilir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi: (012) 149 www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az

U.A.

0
10