Bu gün Azərbaycan millisi Çexiya ilə qarşılaşacaq

Bu gün Azərbaycan millisi Çexiya ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununu keçirəcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu dəfə rəqib Çexiya yığması olacaq.

C qrupunun III turunun görüşü Çexiyanın Ostrava şəhərində olacaq. Robert Prosineçkinin rəhbərlik etdiyi komanda səfər qarşılaşmasından sərfəli nəticə ilə dönəcəyi halda daha bir tarixi uğura imza atacaq.

Seçmə mərhələnin ilk oyununda San-Marinonu (1:0), ardınca Norveçi məğlub edən (1:0) milli komanda tarixində ilk dəfə seçmə tsiklə ardıcıl iki qələbə ilə start verib. Budəfəki səfər qarşılaşmasında da 3 xal əldə olunacağı təqdirdə, Azərbaycan futbolunda yeni tarix yazılacaq. Nəticədə milli 12 xalla ilk pillədəki mövqeyini möhkəmləndirmiş olacaq.

Azərbaycanla eyni xala malik Almaniya yığması 4 xalı olan qrup üçüncüsü Şimali İrlandiyanı qəbul edəcək. Bu səbəbdən səfər oyunun nəticəsindən asılı olmayaraq, millinin qrupdakı mövqeyi dəyişməyəcək.

Komandaların yolları bugünədək cəmi bir dəfə kəsişib. 2009-cu ildə BƏƏ-də keçirilmiş yoldaşlıq görüşü millinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, milli komanda növbəti oyununu noyabrın 11-də Şimali İrlandiyaya qarşı keçirəcək. Belfastda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Dünya çempionatı, seçmə qrup mərhələsi, III tur

11 oktyabr

22:45. Çexiya - Azərbaycan

Baş hakim: Matey Yuq

Yan xətt hakimləri: Tomaj Klançnik, Manuel Vidali

Dördüncü hakimlər: Mitya Jqanets (hamısı Sloveniya)

Ostrava. Uindzor Park

Komandalar

O

Q

B

M

T-F

XAL

Almaniya

2

2

0

0

6

6

Azərbaycan

2

2

0

0

2

6

Şimali İrlandiya

2

1

1

0

4

4

Çexiya

2

0

1

1

-3

1

Norveç

2

0

0

2

-4

0

San-Marino

2

0

0

2

-5

0

E.Ə.

0
11