“Baku Business Factory” Code Academy ilə əməkdaşlığa başladı – FOTO

“Baku Business Factory” Code Academy ilə əməkdaşlığa başladı – FOTO

Qrup dərslərinə əlavə olaraq ehtiyac duyanlara fərdi dərslər də keçirilir.

Tələbələr 12 həftəlik proqramdan məzun olmaq üçün BBF-də layihələrin üzərində tamamlama işləri həyata keçirirlər.

Code Academy qısa müddətli intensiv proqramlaşdırma tədrisi və praktiki iş şəraiti ilə artıq 3-cü buraxılışını yekunlaşdırmaq üzrədir.

Oxu.Az-ın xəbərinə görə, tələbələr 12 həftəlik proqramdan məzun olmaq üçün “Baku Business Factory”də layihələrin üzərində tamamlama işləri həyata keçirirlər.

Onlar proqram ərzində öyrəndiklərini real layihələr üzərində tətbiq edir və yarana biləcək suallara isə yerindəcə mentorların köməkliyi ilə cavab tapırlar.

Tələbələrin hazırda üzərində çalışdıqları layihələr həm mövcud onlayn resursların klon versiyaları və eyni zamanda, yeni layihələrdir. Burada əsas məqsəd tələbələrin bacarıqlarının real layihələrdə tətbiqini öyrədərək onların gələcək karyeralarına kömək olmaqdır. Bu layihələrə onlayn CV düzəltmək portalı, düzgün parkinq etməyənlərin qınaq yeri olan əyləncə tipli portal, üzərində xəbər portalı kimi layihələrin qurula bilməsi mümkün olan CMS (content management system) və bu kimi hazırda var olan layihələrin klon versiyaları və s. daxildir. Məzun olan tələbələrin artıq şirkətlərə təqdim edə bilmələri üçün portfolioları formalaşmış olacaq.

Qeyd edək ki, yaxın müddətdə layihələrin kodları açıq şəkildə onlayn olaraq yerləşdiriləcək.

Code Academy qısa müddətli periodlarla proqramlaşdırma təhsili verən, əsasən praktiki layihələrə fokuslanmış lager tipli bir məktəbdir. Yenicə “Baku Business Factory”nin biznes inkubasiya mərkəzinin xidmətlərindən istifadə etməyə başlayan Code Academy fəaliyyətini böyüdərək hədəf qrupunu daha da genişləndirmişdir. Tələbələr BBF-də 7 gün 24 saat açıq ofislə günün istənilən saatında burada öz fəaliyyətlərini həyata keçirə bilirlər. 

Onlar, həmçinin, həftə içi 9:00-dan 23:00-a qədər müəllim və mentorlardan dərhal kömək ala bilirlər. Qrup dərslərinə əlavə olaraq ehtiyac duyanlara fərdi dərslər də keçirilir. Artıq 4-cü qəbulunu yekunlaşdıran Code Academy-ə bu qəbul müddəti boyunca 300-dən çox müraciət daxil olmuş və bunların içərisindən 45 nəfər müvəffəqiyyət əldə edərək Code Academy-nin tələbəsi olmağa haqq qazanıb.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-nin əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Daha ətraflı məlumat üçün BBF-nin rəsmi saytına (www.bbf.az) daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz. 

0
29