Çində 4 ev uçdu: 22 ölü

Çində 4 ev uçdu: 22 ölü

Çinin Çjetsyan əyalətində 4 yaşayış evinin uçması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə Çinin Mərkəzi televiziyası xəbər verib.

İnsident oktyabrın 10-a keçən gecə Vençjou şəhərində qeydə alınıb. Məlumata görə, xilasedicilər dağıntılar altından 22 nəfərin meyitini çıxarıb, 8 nəfəri xilas etmək mümkün olub. İnsidentin səbəbləri araşdırılır. Evlərin qanunsuz inşa edildiyi qeyd olunur.

Hazırda axtarış-xilasetmə əməliyyatı başa çatmaq üzrədir.

0
8