İqor Panin: Qarabağ niyə bizim problemimiz olmalıdır?

İqor Panin: Qarabağ niyə bizim problemimiz olmalıdır?

“Biz öz işimizlə məşğul olmalıyıq”.

Ermənilər hesab edirlər ki, ruslar azərbaycanlılara bütün yol boyu yardım edirlər. Onlar isə bizim ermənilərə yardım etdiyimizdən əmindirlər. 

Oxu.Az xəbər verir ki, bu barədə “Svobodnaya pressa”ya verdiyi müsahibəsində rusiyalı şair, ədəbi tənqidçi və jurnalist İqor Panin, Rusiyanın Ermənistan və Azərbaycan arasında münaqişədə mövqeyinə dair suala cavab verərkən bildirib. 

Onun sözlərinə görə, nə onlar, nə də ki bunlar (erməni və azərbaycanlılar -red.) ruslar üçün Donbasda vuruşmaq arzusunda deyillər. 

“Onlar elə-belə də deyirlər – bu, bizim müharibə deyil. Bəs onda niyə Qarabağ bizim problem olmalıdır? Həm də “DQR” heç Ermənistanın özü tərəfindən də tanınmayıb. Ermənistan orada heç bir hərbi əməliyyat aparmadığın bəyan edir. De-yure bu sadəcə qiyamçı Azərbaycan regionudur. Və əgər biz Rusiyadakı erməni lobbisinin tələb etdiyi kimi, elə həmin ermənilərə yardım etmək istəsək, bunu heç KTMT çərçivəsində də edə bilmərik”, - Panin qeyd edib. 

Jurnalist vurğulayıb ki, Rusiyanın münaqişəyə qarışmaq üçün əsası yoxdur. 

 “Biz öz işimizlə məşğul olmalıyıq, sonradan artıq olduğumuzu deyiləcək yerlərə başımızı soxmamalıyıq. Bizi onsuzda hər yerdə, hətta bizdən xeyirxahlıqdan başqa heç nə görmədikləri yerlərdə belə artıq adlandırırlar”, - o hesab edir. 

0
25