Qaz balonu partladı, 40 ev yandı

Qaz balonu partladı, 40 ev yandı

Misirin Asyut şəhəri yaxınlığında məişət qazının partlaması nəticəsində 40 ev yanıb.

APA-nın TASS agentliyinə istinadən  verdiyi xəbərə görə, hadisə nəticəsində 17 nəfər yanıq xəsarətləri alıb, ölən yoxdur.

İlkin məlumata əsasən, yanğına qaz balonunun partlaması səbəb olub. Yanğın sürətlə bir-birinə bitişik evlərə yayılmağa başlayıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovu bir neçə saat ərzində ram edə bilib.

0
19