Seçkilərin yekun nəticələri açıqlandı - Gürcüstanda

Seçkilərin yekun nəticələri açıqlandı - Gürcüstanda

Gürcüstan parlamentinə şənbə günü keçirilən seçkilərlə əlaqədar 100%  səslər hesablanıb.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.

Beləliklə, yeni parlamentdə hakim “Gürcü arzusu” (48,8%), sabiq prezident Mixail Saakaşvilinin  lideri olduğu “Vahid Milli Hərəkat” Partiyası (27,1%) və “Vətənpərvərlər Alyansı” (5,006%) təmsil olunacaqlar.

Qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkilərində 19 partiya iştirak edib.

0
14