Nuriyyə Əhmədovanın vəfatından bir il ötür

Nuriyyə Əhmədovanın vəfatından bir il ötür

Bu gün Xalq artisti Nuriyyə Əhmədovanın ölümündən bir il ötür.

Oxu.Az xəbər verir ki, N.Əhmədova 1950-ci il 26 dekabrda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970-1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə “Mozalan” süjetlərində çəkildikdən sonra olub.

2007-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.

İki övladı olub: ilk övladı olan qızı İlahə 20 yaşında (1976-1996) qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977-2014) xərçəng xəstəliyindən vəfat etmişdi. Qız övladından 1996-cı il təvəllüdlü Faiq İbadzadə adlı nəvəsi var.

Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə kəskin ürək tutmasından Bakıda vəfat edib. Vəsiyyətinə əsasən, Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunub.

A.S.

0
12