“Rosneft” STAR zavoduna neft məhsulları tədarük edəcək

“Rosneft” STAR zavoduna neft məhsulları tədarük edəcək

İstanbulda keçirilən Ümumdunya Enerji Konqresi çərçivəsində “SOCAR Turkey Enerji A.Ş.” Rusiyanın “Rosneft” şirkəti ilə saziş imzalayıb.

Oxu.Az “APA-Economics”ə istinadən xəbər verir ki, sazişə əsasən Rusiya şirkətinin istehsal etdiyi məhsullar “SOCAR Turkey Enerji” tərəfindən inşa olunan STAR neft emalı zavoduna tədarük olunacaq. Söhbət əsasən neft və digər xammallardan gedir.

Tərəflər tədarük olunacaq məhsulların həcmini və nomenklaturasını, habelə tədarük vaxtını müəyyən etməlidir.

S.B.

0
14