Ramzan Kadırov 12-ci dəfə ata oldu

Ramzan Kadırov 12-ci dəfə ata oldu

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov 12-ci dəfə ata olub.

Oxu.Az xəbər verir ki, bu barədə “Instagram” səhifəsində Çeçenistan parlamentinin spikeri Məhəmməd Daudov yazıb.

“Bu gün mənim əziz qardaşım, Çeçenistan Respublikasının rəhbəri Ramzan Əhməd oğlu Kadırovun oğlu dünyaya göz açıb. Allahın izni ilə Abdulla böyük Kadırovlar nəslinin davamçısı olacaq”, - Daudov yazıb.

Qeyd edək ki, Ramzan Kadırovun 12 övladı var - dörd doğma oğlu və altı qızı, həmçinin övladlığa götürülmüş iki uşaq.

S.B.

0
6