Yığmamızın oyunçusu Türkiyə klubu ilə vidalaşdı - FOTO

Yığmamızın oyunçusu Türkiyə klubu ilə vidalaşdı - FOTO

Azərbaycan millisinin voleybolçusu Odina Bayramova Türkiyənin “Halkbank” klubu ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, yığmamızın 26 yaşlı kapitanı Ankara təmsilçisi ilə iyunda bağladığı müqaviləni pozub.

O, bu qərarını menecerləri ilə məsləhətləşdikdən sonra verib. Komandada Bayramovanın mövqeyinə yeni transferlərin sayı artdığı üçün belə addım atıb.

Qeyd edək ki, son mövsümdə “Azərreyl”lə Azərbaycan çempionu olan Odinanın “Halkbank”a keçidi də qalmaqal yaratmışdı. Bu komandanın heyətində rəsmi matça çıxmayan voleybolçumuzun Türkiyədəki menecerinin “İdmanocağı” klubu ilə də danışıqlar apardığı və yekunda onları aldatdığı iddia olunurdu.

0
11