Rəhim Rəhimlinin duet ortağı şou-biznesə nə ilə qayıtdı?

Rəhim Rəhimlinin duet ortağı şou-biznesə nə ilə qayıtdı?

Müğənni Rəhim Rəhimlinin keçmiş duet ortağı Samrina Hüseynova yenidən şou-biznesə qayıdıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, yeni ifa etdiyi “Mən sevirəm” adlı bəstə ilə şou-biznesdəki fəaliyyətini bərpa edib: “Yenidən şou-biznesə qayıtdım. Çünki məni yaşadan sənətimdir. 2008-ci ildə ifa etdiyi “Hardasan” adlı mahnım mənə çox uğur gətirdi. İnanıram ki, yeni ifa etdiyim “Səni sevirəm” adlı mahnı da mənə uğur gətirəcək. Bəstənin sözləri, musiqisi, aranjimanı həmkarım Elnar Xəlilova məxsusdur. Layihənin rəhbəri prodüser Roland Bayramovdur. Bilirəm ki, şou-biznes olan yerdə qalmaqal da var. Amma mən qalmaqalla gündəmdə qalmaqalla gündəmdə qalmaq istəmirəm. Yalnız sənətimlə irəli gedəcəyəm. ”.

Qeyd edək ki, S.Hüseynova illər öncə R.Rəhimli ilə duet ifa edib. Lakin bəzi problemlərə görə yaradıcılığına görə, sənətdən getmişdi.

0
8